img
img
img
img
Menu
© Bütün hüquqlar Septem MMC tərəfindən qorunur 2024
imgWhatsapp-la əlaqə
Əlavə dəyərlər qatan

İNSAN RESURSLARININ
İDARƏTMƏ SİSTEMİ

Geniş funksionallığa, yüksək təhlükəsizliyə, işçi kabinetə və mobil tətbiqə malik 7HRM sistemi mövcud qanunvericiliyin tələblərinə tam cavab verir. Sistemin modulları əmək haqqlarının avtomatik hesablanması, işçi məlumatlarının vahid bazada saxlanması, müxtəlif dövlət qurumlarına hesabatların hazırlanması və bütün kadr inzibatçılığı əməliyyatların rahatlıqla aparılmasını təmin edir.
img

Üstünlüklər

Sistemin əsas məqsədi istənilən təşkilat üçün insan resurslarının idarə edilməsi işinin daha səmərəli, sürətli və təhlükəsiz şəkildə təşkilini, əmək haqqlarının səhvsiz və avtomatik hesablanmasını, kadr inzibatçılığına sərf olunan vaxta və xərclərə qənaət edilməsini, sənədlərin tərtibi, saxlanması və əlçatan olmasını təmin etməkdir.
İnteqrasiya
Digər sistemlər ilə rahat inteqrasiya və məlumatların fayllardan tam və itkisiz import imkanları.
Uyğunluq
Sistem əmək və vergi qanunvericiliyinin tələblərinə tam cavab verir və yeni dəyişikliklər dərhal əks olunur.
Təhlükəsizlik
İstifadəçilərin və Sistemin bazasında arxivləşdirilən bütün məlumatların təhlükəsizliyi tam olaraq qorunur.
Davamlılıq
İstənilən yerdən qoşula bilinən sistem və texniki dəstək xidməti fasiləsiz 24/7 rejimində çalışır.
Müstəqillik
Mütəmadi olaraq yenilənən Sistem heç bir kənar texnologiyalardan asılı olmayaraq müstəqil çalışır.
Çeviklik
Bütün alt təşkilatların insan resursları vahid bir sistemdə rahat və çevik şəkildə idarə olunur.

Modullar

7HRM Modulları həm müstəqil həmdə bir biri ilə inteqrasiya olunmuş şəkildə çalışır. Seçilmiş modullar təşkilatda ardıcıllıqla qurulur. Spesifik tələblərə uyğun əlavə modullar Sistemə çevik inteqrasiya olunur.
İnzibati struktur
İşçilərin subardinasiya əsasında yaradılan idarəetmə strukturu, qrafik görünüşü və digər sazlamalar modulu.
img
Əmr və ərizələr
Əmək qanunvericiliyinin və təşkilatın qaydalarına uyğun ərizə və əmr formalarının avtomatik hazırlama modulu.
img
Əmək haqqı
Əmək qanunvericiliyinin tələblərinə uyğun əmək haqqlarının və komponentlərin avtomatik hesablanması modulu.
img
Davamiyyət
İşçilərin işə gəlmə, işdən çıxma, gecikmə vaxtları və icazələr əsasında avtomatik formalaşan davamiyyət modulu.
img
Məzuniyyət
Bütün növ məzuniyyət əmrlərini və məzuniyyət cədvəllərini tam olaraq avtomatlaşdıran məzuniyyət modulu.
img
Hesabatlar
İstənilən əməliyyat və məlumatlar üzrə operativ, sadə və dinamik hesabatların avtomatik hazırlanması modulu.
img
İşçi kabineti
Təşkilatın əməkdaşları üçün mobil tətbiqdə şəxsi məlumatları əks etdirən və digər imkanlara malik işçi kabineti.
img
Sənəd dövriyyəsi
Sənədlərin icra tarixləri, statusları barədə işçilərə avtomatik xəbərdarlıq göndərən kadr sənəd dövriyyəsi modulu.
img
Elektron arxiv
İstənilən sənəd və məlumatı asanlıqla tapmağa və idarə etməyə imkan verən təhlükəsiz vahid məlumat bazası.
img

Sistemin faydaları

İstənilən təşkilatın rəqəmsal idarəetmə aləti kimi 7HRM Sisteminin geniş tətbiqi təşkilatlara, rəhbərlərə, HR mütəxəssislərə və bütün əməkdaşlara bir sıra əhəmiyyətli faydaların əldə olunmasını təmin edir.
Xərclərə qənaət
İstənilən təşkilatın kadr kargüzarlığının optimallaşdırılması və rəqəmsallaşması hesabına proseslərə və sənədlər ilə işlərə sərf olunan resurslar və xərclər əhəmiyyətli dərəcədə azaldılır.
Güclü nəzarət
Kadr sənədlərinin hərəkəti, statusları və icrasının daimi monitorinqi, hesabatların tez alınması və öhdəliklərin vaxtında yerinə yetirilməsinə müxtəlif alətlər vasitəsilə güclü nəzarət təmin edilir.
Tam etibarlılıq
İşçilərə aid sistemdəki dürüst məlumatlar əsasında daha doğru və tez qərarların verilməsi rəhbərlərə əsas işlərinə daha rahat fokus olmağa və daha çox vaxt sərf etməyə imkan verir.
Yüksək səmərəlilik
24/7 rejimdə çalışan veb əsaslı Sistem ilə işçilər, əmək haqqılar və kadr kargüzarlığının idarə edilməsinin sadə, çevik, rahat və səhvsiz həyata keçirilməsi ümumi kadr inzibatçılığını daha səmərəli təşkil edir.
Rahat hesabatlılıq
Mövcüd vergi və əmək qanunvericiliyinin tələblərinə uyğun 7HRM Sistemi ilə dövlət qurumlarına göndərilən və istənilən digər dinamik hesabatların alınması avtomatik şəkildə çox rahat idarə olunur.
Vaxta qənaət
Əmək haqqların və məzuniyyətin səhvsiz hesablanması, davamiyyətin rahat izlənilməsi, hesabatların hazırlanması və digər gündəlik işlərə 7HRM sistemi ilə əhəmiyyətli dərəcədə az vaxt sərf edilir.
Şəxsi məlumatlar
Təşkilatın hər bir əməkdaşı üçün şəxsi kabinetində yerləşdirilən əməkdaşa aid əmək haqqı, məzuniyyət günləri, vəzifə dəyişiklikləri kimi bütün məlumatlar hər zaman əlin altında olur.
Rahat əlaqə
Təşkilatın insan resursları qurumu tərəfindən yerləşdirilən əlanlar, xəbərdarlıqlar, təlimatlar və təlimlərin əldə olunması üçün insan resursları mütəxəsisləri ilə rahat ünsiyyət saxlanıla bilir.
Çevik sorğular
İş yerindən arayışların və müxtəlif ərizələrin alınması təşkilatın əməkdaşları üçün nəzərdə tutulmuş mobil tətbiqdəki şəxsi kabinet vasitəsilə çox rahat və sürətli şəkildə əldə olunur.

Əməliyyatlar

“7HRM” Sisteminin geniş funksionallığından və modulların imkanlarından istifadə etmək üçün Sistemə birkliklə qoşulmaq kifayətdir. Sistemdə işçilərin idarəedilməsinin əsas pəncərəsi İŞÇİLƏRİN ÜMUMİ SİYAHISIDIR.

Tez-tez
verilən suallar

7HRM-in digər sistemlərdən əsas fərqləri nədir?

7HRM istənilən təşkilatın HR menecerləri üçün insan resursları ilə bağlı bütün prosesləri tam şəkildə əhatə edən, qüvvədə olan əmək və vergi qanunvericiliyinin tələblərinə uyğun və yüksək təhlükəsizlik standartları ilə təchiz edilmiş insan resursları idarəetmə sistemidir. 7HRM, inteqrasiya olunmuş məlumat bazası ilə mürəkkəb məlumatları idarə etməyə imkan verir və həmçinin real vaxt rejimində hesabatlar təqdim edir. Digər sistemlərdən fərqli olaraq, 7HRM Sistemi istifadəçi dostu interfeysə malikdir və müxtəlif modulları istifadəçinin tələblərinə uyğunlaşdırmaq mümkündür. Əlavə olaraq, Sistemdə işçilərin sığortalarının idarə edilməsi, işə qəbulun tamamilə avtomatlaşdırılması, işçilər üçün ayrıca şəxsi kabinet, Sistemin mobil versiyası, işçilərin öz əmək haqqı məlumatlarını asanlıqla görə bilmələri və tələbnamələrın birbaşa Sistemdən göndərilməsi kimi funksiyalar da yer alır.

Məlumatların məxfiliyi və təhlükəsizliyi necə təmin edilir?

7HRM məlumatların məxfiliyi və təhlükəsizliyini təmin etmək üçün ən son texnologiyalarından və məlumat mühafizə protokollarından istifadə edir. Hər bir istifadəçi üçün fərdi istifadəçi adı və şifrə verilir. Bundan əlavə, sistem daimi olaraq yoxlanılır və hər hansı təhlükəsizlik boşluğunu aşkar edildikdə dərhal düzəldilir. Məlumat bazaları təhlükəsiz serverlərdə yerləşdirilir və nəzarət edilən mühitdə saxlanılır. Bu serverlər fiziki və kiber təhdidlərə qarşı müdafiə tədbirləri ilə təmin edilmişdir. Bununla 7HRM Sisteminin məlumat məxfiliyi və təhlükəsizliyi qorunur və istifadəçilər üçün etibarlı və təhlükəsiz bir mühit təmin edilir.

Müştəri dəstəyi və texniki yardım necə təşkil edilmişdir?

Müştəri dəstəyi və texniki yardım bizim əsas prioritetlərimizdən biridir. Peşəkar dəstək komandamız telefon, e-poçt və digər əlaqə vasitəsilə edilən Sistemdəki hər hansı bir texniki məsələ ilə bağlı müraciətə əsasən dərhal kömək etməyə hazırdır. Həmçinin, saytımızda geniş FAQ bölməsi mövcuddur ki, burada istifadəçilər ən çox rast gəlinən sualların cavablarını tapa bilər.

Yenilənmələr və inteqrasiyalar sistemə necə əlavə edilir?

7HRM Sisteminə yenilənmələr və yeni inteqrasiyalar mütəmadi olaraq əlavə edilir. Development komandamız, istifadəçilərdən alınan rəy və təkliflərə əsaslanaraq Sistemə yeniliklər, əlavələr, düzəlişlər, yeni funksiyalar və təkmilləşdirmələr tətbiq edir. Yenilənmələrin və inteqrasiyaların əlavə edilməsi aşağıdakı adımları əhatə edir.

Müştəri Rəylərinin Analizi: Sistemi istifadəçilərindən alınan rəylər, təkliflər və tələblər əsasında yenilənmələrin prioritetləri müəyyənləşdirilir. Bu məlumatlar, Sistemin daha funksional və istifadəçi yönümlü olmasını təmin etmək üçün nəzərdən keçirilir.
Texniki İnkişaf və Düzəlişlər: Development komandası, istifadəçilərin ehtiyaclarına cavab verəcək yeni funksiyaları və inteqrasiyaları hazırlayır. Bu, həm mövcud funksiyaların optimallaşdırılmasını, həm də yeni funksiyaların və xidmətlərin əlavə edilməsini əhatə edir.

Sınaq və Yoxlamalar: Yeniliklər əlavə edilməzdən əvvəl geniş sınaqlardan keçirilir. Bu sınaqlar Sistemin sabitliyini və yeni funksiyaların düzgün işləməsini təmin etmək üçün vacibdir.

Yenilənmələrin Tətbiqi: Yoxlamadan sonra, yenilənmələr Sistemə inteqrasiya edilir. Bu proses istifadəçilərimizin işinə minimum narahatlıq yaradacaq şəkildə tətbiq edilir.

Müştəri Dəstəyi və Təlimatlar: Yeni yenilənmələr və inteqrasiyalar həyata keçirildikdən sonra, müştərilərə bu yeniliklərdən necə istifadə edəcəkləri barədə məlumatlar və təlimatlar təqdim edilir. Həmçinin, hər hansı sual və problemləri həll etmək üçün istifadəçilər bizə müraciət edə bilirlər.

7HRM şirkətin tələblərinə uyğun hissə-hissə inteqrasiya edilə bilir?

Bəli. 7HRM Sisteminin modul tipli strukturu, müxtəlif ölçülü şirkətlərin spesifik ehtiyaclarını nəzərə almağa imkan verir. Bu dizayn infrastrukturu sayəsində, müştərilər 7HRM Sisteminin lazım olan xüsusiyyətləri və funksiyaları öz ehtiyaclarına uyğun seçərək, 7HRM Sistemini hissə-hissə inteqrasiya edə bilər. İstifadəçilər başlanğıcda əsas funksiyaları tətbiq edərək işə başlaya bilər və zamanla iş proseslərinin inkişafına uyğun olaraq əlavə modullar və funksiyaları Sistemə inteqrasiya edə bilər. Bu yanaşma, maliyyət effektivliyini artırır və işlərin idarə olunmasını sadələşdirir, həmçinin tətbiq və təlim proseslərini asanlaşdırır. Hissəli inteqrasiyasının əsas üstünlükləri aşağıdakılardır.

Çeviklik: Şirkətlər, öz biznes proseslərinə ən uyğun funksiyaları seçərək, Sistemi tamamilə öz iş modellərinə uyğun hala gətirə bilərlər. Belə yanaşma, həm zamandan, həm də maddi tərəfdən qənaət etməyə imkan verir.

Maliyyə Effektivliyi: Başlanğıcda yalnız zəruri modulların seçilməsi ilə maliyyə yükünü azaltmaq mümkündür. Sonradan, işin genişlənməsi və ehtiyacların artması ilə digər modullar əlavə edilə bilər, bu da başlanğıc mərhələdə böyük məbləğlərin xərclənməsinin qarşısını alır.

Təkmilləşdirmə İmkanları: Sistem, şirkətin inkişafına uyğun olaraq asanlıqla təkmilləşdirilə bilər. Bu, texnoloji inkişaflara sürətlə uyğunlaşmaq və rəqabəti artırmaq imkanı verir.

Asan İdarəetmə və Tətbiq: Modul tipli quruluş, istifadəçilərə Sistemi daha asan idarə etmək və lazımi funksiyaları sürətlə tətbiq etməyə imkanı verir. Həmçinin, dəstək prosesini sadələşdirir, istifadəçilərin yeni funksiyaları daha rahat mənimsəməsinə kömək edir.

Qanunvericilikdəki dəyişikliklər sistemə necə tətbiq edilir?

7HRM sistemi, Azərbaycan Respublikası Qanunvericiliyinə edilən bütün dəyişiklik tələblərinə uyğun olaraq daim yenilənir. Qanunvericilikdəki dəyişikliklər mütəmadi olaraq izlənilir və bu dəyişikliklərin Sistemə çevik inteqrasiyası təmin edilir. Yeni qanunvericilik tələbləri Sistemə daxil edildikdə, müştərilərə dərhal məlumat verilir və lazım gələrsə, əlavə dəstək təklif edilir. Bu proses, şirkətlərin qanunvericiliyə tam uyğun işləməsini və hüquqi riskləri minimuma endirməsini təmin edir. Yenilənmələr, sistemin texniki infrastrukturunu dəstəkləyən development komandası tərəfindən diqqətlə planlaşdırılır və icra edilir, bu da müştərilərə qanunvericilik dəyişikliklərinə sürətli və səmərəli şəkildə uyğunlaşmağa kömək edir. Prosesin mərhələləri aşağıdakı kimi həyata keçirilir.

Mütəmadi izləmələr: Müvafiq qanunvericilikdə edilən dəyişikliklər mütəmadi olaraq izlənir. Hər bir qanunvericilik dəyişikliyi 7HRM Sisteminin mövcud funksionallığına və proseslərinə necə təsir edəcəyini müəyyən etmək üçün təhlil edilir. Belə dərin analiz, dəyişikliklərin Sistemə inteqrasiya strategiyasını hazırlamağa kömək edir.

Texniki İnteqrasiya və Yenilənmələr: Development komandası, təhlil edilmiş dəyişiklikləri texniki cəhətdən Sistemə inteqrasiya etmək üçün lazım olan yenilənmələri planlaşdırır və icra edir. Bu yenilənmələr, Sistemin infrastrukturunu və məlumat bazasını da əhatə edir.

İstifadəçilərin Məlumatlandırması: Yenilənmələr tamamlandıqdan sonra, Sistemin mövcud istifadəçilərinə dərhal məlumat verilir və qanunvericilikdəki dəyişikliklərə uyğunlaşmaq üçün lazım olan dəstək təklif edilir. Bu, istifadəçilərin yeni sistem xüsusiyyətlərindən asanlıqla və effektiv şəkildə istifadə etmələrini təmin edir.

Müştəri Dəstəyi və Yenilənmələrin Davamlı İdarə Edilməsi: Müştəri dəstək komandası, istifadəçilərin yenilənmiş Sistemlə bağlı sualların cavablandırılması və texniki dəstəyin göstərilməsi üçün daimi olaraq hazırdır. Həmçinin, Sistemdə edilmiş hər bir yenilənmə mütəmadi olaraq qiymətləndirilir və optimallaşdırılır.

HR işə qəbul və işdən çıxarılma proseslərini necə idarə edir?

7HRM Sistemi işə qəbul və işdən azad etmə proseslərini tam avtomatlaşdıraraq, HR menecerlərinin işlərini əhəmiyyətli dərəcədə asanlaşdırır, iş yüklərini azaldır, işçi məlumatlarının idarəetməsini daha effektiv təşkil etməyə kömək edir və proseslərin səmərəliliyini artırır. Bütün avtomatlaşdırılmış proseslər, zaman və səy tələbini azaltmaqla yanaşı, insan səhvlərinin qarşısını alır və proseslərin qanuna tam uyğunluğunu təmin edir. 7HRM Sistemi işə qəbul prosesini aşağıdakı addımlarla avtomatlaşdırır və həyata keçirir.

Namizəd Məlumatlarının Daxil Edilməsi: HR meneceri vakant vəzifə üçün namizədin şəxsi məlumatlarını Sistemə daxil edir. Bu məlumatlar arasında şəxsiyyət məlumatları, təhsil, iş təcrübəsi və digər əlaqəli detallar daxildir. Həmçinin, namizədin şəxsiyyət məlumatları FİN kod və Bildiriş vasitəsilə avtomatik olaraq dövlət qurumlarının məlumat bazalarından da Sistemə inteqrasiya edilə bilər.

İşə Qəbul Əmr və Müqavilənin Hazırlanması: Namizəd işə qəbul edildikdə, Sistem avtomatik olaraq işə qəbul əmrini yaradır və müqaviləni hazırlayır. Bu sənədlər həm daxili prosedurlara, həm də qanunvericiliyin tələblərinə tam uyğun olaraq formalaşdırılır.

İşdən azadetmə: Bu proses də sistemdə bənzər şəkildə avtomatlaşdırılmışdır. HR meneceri Sistemdə işçilər siyahısından işdən çıxarılacaq işçini seçir. İşdən çıxarılma ilə əlaqədar tələb olunan məlumatlar, o cümlədən işdən çıxarılma tarixi və səbəbi Sistemə daxil edilir.

İşdən Çıxarılma Əmrinin Yaradılması: Sistem, daxil edilmiş məlumatlar əsasında avtomatik olaraq işdən çıxarılma əmrini yaradır və lazımi qanunvericilik prosedurlarını təmin edir.

Sistemdə işçilərin əmək haqqları avtomatik necə hesablanır?

7HRM Sistemi işçilərin əmək haqlarının avtomatik hesablanmasını müasir və inteqrasiyalı alətlər vasitəsilə təmin edir. Bu proses, işçilərin iş saatları, qeyri iş günlərində işə çıxma, mükafatlar və digər maaş komponentləri kimi müxtəlif faktorları nəzərə alaraq həyata keçirilir. İşçilərin əmək haqlarının Sistem tərəfindən avtomatik hesablanması işçilərin əmək haqlarının dəqiq və effektiv hesablanması ilə yanaşı işçilər və HR menecerlər arasında şəffaflığı təmin edir. Sistem, maliyyə hesabatlarının dəqiqliyinə və qanunvericilik tələblərinə uyğunluğuna zəmanət verir, işçilərə və rəhbərliyə real vaxt rejimində maaş və ödəniş məlumatlarına çıxış imkanı verir. Sistemdə işçilərin əmək haqlarının avtomatik hesablanması aşağıdakı mərhələləri əhatə edir:

İş günlərinin hesablanması: Sistem işçinin işə gəldiyi və gəlmədiyi günləri qeyd edir. İşçiyə məxsus iş saatları, növbə və ya əlavə iş saatları sistem tərəfindən müəyyən edilir və avtomatik olaraq hesabata daxil edilir.

Əlavə İş və Mükafatların Hesablanması: İşçilərin əlavə iş saatları, iş performansına əsaslanan mükafatlar və digər bonuslar Sistemin daxilində müəyyən qaydalara uyğun olaraq hesablanır. Bu hesablamalar, müəyyən edilmiş korporativ qayda və müqavilə şərtləri çərçivəsində avtomatik olaraq yerinə yetirilir.

Vergi və Sosial Ödənişlərin Hesablanması: Sistem, işçinin ümumi əmək haqqından müvafiq vergi və sosial ödənişləri avtomatik olaraq çıxarır. Bu hesablamalar, yerli qanunvericiliyə tam uyğun şəkildə icra edilir və hər bir işçinin əmək haqqı cədvəlində əksini tapır.

Əmək Haqqı Hesabatlarının Hazırlanması: Sonda, bütün hesablamalar əsasında, Sistem avtomatik olaraq əmək haqqı hesabatlarını hazırlayır.

Hesabatlarda hansı məlumatlar əks olunur və hesabatlar necə formalaşır?

7HRM Sistemi, şirkətlərə müxtəlif növ HR hesabatlarını təmin edərək, işçilərin vəziyyətini və performansını izləmək üçün geniş imkanlar verir. Bu hesabatlar müvafiq təhlillər aparmaq və mühüm qərarlar qəbul etmək üçün zəruri olan ətraflı məlumatları əhatə edir. Sisteminin təklif etdiyi müxtəlif növ hesabatlar vəzifə dəyişimləri, işdə olmayan işçilər, xəstəlik vərəqəsi olan, sınaq müddəti bitən, ad günü olan, işçilərin statistik hesabatı, imtiyazlı işçilər və digər göstəriciləri asanlıqla görməyə imkan verir. Hesabatlar, şirkətin məlumat bazasından dinamik şəkildə toplanan məlumat datasına əsaslanır və real vaxt rejimində yenilənir. HR menecerləri bu hesabatları istənilən vaxt Excel formatında asanlıqla yükləyib təhlil edə bilər. Bununla da Sistem işçi məlumatlarının təşkilat daxilində daha səmərəli idarə edilməsini və qərarvermə proseslərinin daha məlumatlı və dəqiq olmasını təmin edir. Hesabat formatı və tərkibi təşkilatın spesifik tələblərinə uyğun olaraq tənzimlənməsi məlumatların hər zaman məqsədə müvafiq şəkildə təqdim edilməsini təmin edir.

Davamiyyəti izləmək və analiz üçün hansı alətlər təklif edilir?

İşçilərin qeydiyyata alınmış giriş və çıxış vaxtlarını əsas götürərək, işçilərin işlədiyi ümumi saatların Sistem tərəfindən qeydiyyatı həm əmək haqların hesablanmasında, həm də işçilərin ümumi iş yükünün təhlilində mühüm rol oynayır. Geniş funksionallıq vasitəsilə Sistem, toplanan davamiyyət məlumatlarını real vaxt rejimində təhlil edərək, HR menecerlərinə işçilərin davamiyyət tendensiyaları haqqında dəqiq və etibarlı məlumatlar təqdim edir. Bu təhlillər, işçilərin işə davamiyyətini artırmaq və iş proseslərini daha səmərəli təşkil etmək üçün strategiyaların hazırlanmasında istifadə olunur. Bu isə, HR menecerlərinin işçilərin davamiyyətini dəqiq və effektiv şəkildə idarə etməsinə imkan verir, iş proseslərinin optimallaşdırılmasına kömək edir və işgüzar mühitdə şəffaflığı artırır.

Sistemdə bir neçə təşkilatın insan resurslarını idarə etmək mümkündürmü?

Bəli. 7HRM Sistemi bir neçə təşkilatın insan resurslarını idarə etmək imkanını təklif edir. Bu, xüsusilə holdinq strukturları və çoxşaxəli şirkətlər üçün çox faydalıdır. Sistem, hər bir təşkilatın xüsusi tələblərinə uyğun olaraq müxtəlif HR proseslərini və siyasətlərini idarə etməyə imkan verir, və şirkətlərarası məlumat və resursların inteqrasiyasını və idarəsini asanlaşdırır. Bu geniş və inteqrasiyalı yanaşma sayəsində, 7HRM Sistemi çoxtəşkilatlı strukturların insan resurslarını səmərəli şəkildə idarə etmək üçün güclü bir vasitə kimi istifadə olunur.

Kadrlara aid sənədlərin hərəkəti sistemdə necə izlənilir?

Kadr sənədlərinin hərəkətləri və statusları ilə bağlı bütün proseslər 7HRM Sisteminin Kadr kargüzarlığı modulu vasitəsilə həyata keçirilir. Bu modul bütün kadr sənədlərin idarə edilməsini, arxivləşdirilməsini və lazım olduqda asanlıqla tapılmasını təmin edir, eyni zamanda HR menecerlərinin iş yükünü azaldır və sənədləşdirmə prosesinin şəffaflığını artırır. 7HRM Sistemi, bütün kadrlarla bağlı sənədləri elektron formatda yaradlr və idarə edir. Bu sənədlər arasında işə qəbul qərarları, müqavilələr, işdən çıxarılma əmrləri, xidməti qiymətləndirmələr və digər şəxsi sənədlər daxildir. 7HRM Sistemi, kadr sənədlərinin saxlanmasını, yenilənməsini, icrasını və arxivləşdirilməsini tamamilə avtomatlaşdırır və rəqəmsallaşdırır.

Yeni sənədlər Sistemə daxil edildikdə, avtomatik olaraq müvafiq kateqoriyaya yerləşdirilir. Bu proses, hər bir sənədin izlənilməsini və gələcəkdə asan tapılmasını təmin edir. Sistem, sənədlərin kim tərəfindən və nə zaman yaradıldığını, dəyişdirildiyini və baxıldığını qeyd edir. Müvafiq sənədləri lazım olan departamentlər və şəxslər arasında asanlıqla paylaşmaqda mümkündür. Məxfi sənədlərə isə yalnız səlahiyyətli şəxslər tərəfindən baxılması imkanı xüsusi məlumatların məxfiliyinə və təhlükəsizliyinin qorunmasına təminat verir. Kadr kargüzarlığı modulunun imkanları kadrlara aid sənədlərin hərəkətini şəffaf və effektiv şəkildə idarə edilməsini, sənədlərin doğruluğunu və asanlıqla əldə edilməsinə təminat verir.

İşçi arayışlarını birbaşa sistemdən necə əldə etmək olar?

İşçilərin qeydiyyata alınmış giriş və çıxış vaxtlarını əsas götürərək, işçilərin işlədiyi ümumi saatların Sistem tərəfindən qeydiyyatı həm əmək haqqların hesablanmasında, həm də işçilərin ümumi iş yükünün təhlilində mühüm rol oynayır. Geniş funksionallıq vasitəsilə Sistem, toplanan davamiyyət məlumatlarını real vaxt rejimində təhlil edərək, HR menecerlərinə işçilərin davamiyyət tendensiyaları haqqında dəqiq və etibarlı məlumatlar təqdim edir. Bu təhlillər, işçilərin işə davamiyyətini artırmaq və iş proseslərini daha səmərəli təşkil etmək üçün strategiyaların hazırlanmasında istifadə olunur. Bu isə, HR menecerlərinin işçilərin davamiyyətini dəqiq və effektiv şəkildə idarə etməsinə imkan verir, iş proseslərinin optimallaşdırılmasına kömək edir və işgüzar mühitdə şəffaflığı artırır.

İşçilər öz aylıq əmək haqlarının hesablanması ilə sistemdə tanış ola bilirmi?

Bəli. 7HRM Sistemi işçilərin əmək haqlarının hesablanması prosesini tam şəffaf və əlçatan edir. Sistem, hər bir işçiyə öz maaşının necə hesablandığını görmək və anlamaq üçün geniş imkanlar verir. Hər bir işçi, mobil tətbqidəki şəxsi kabinetinə daxil olaraq, əmək haqqının hesablanma detallarını görə bilir. Bu paneldə, iş saatları, əlavə iş vaxtları, mükafatlar, bonuslar və maaşdan çıxarılmalar, məzuniyyət və eyzamiyyətlərə dair məlumatları əks etdirə bilir. İşçilər, hər hansı dəyişiklik olduğunda, məsələn, maaş artımı, əlavə iş saatlarının əlavə edilməsi və ya bonusların təyin edilməsi kimi, Sistemdə əmək haqqı hesablanması cədvəlində görə bilər. Bu məlumatlar avtomatik olaraq canlı rejimdə yenilənməsi işçilərə öz maaşlarını daim izləmək imkanı verir.

Həmçinin işçilər kabinetlərinə daxil olaraq öz maaş tarixçələrinə, müəyyən dövrlər üçün maaş cədvəllərini gözdən keçirə bilər. Bu imkan, işçilərin maaş hesablamalarını daha yaxşı anlamalarına və yarana biləcək sualların bir çoxuna asanlıqla cavab tapmalarına kömək edir. Nəticədə isə HR menecerlərin işçilər tərəfindən əmək haqların hesablanması ilə bağlı sual və sorğuların sayı əhəmiyyətli dərəcədə azalır və HR menecerlərə öz əsas işləridə fokus olmağa şərait yaradır. Sistemin belə imkanları sayəsində, işçi məmnuniyyəti artır, işçi və şirkət arasında güvən münasibətlərinin qurulmasına töhfə verir.

İşçilər HR menecerlər ilə sistem vasitəsilə necə əlaqə qururlar?

7HRM Sistemində işçilər və HR menecerləri arasında kommunikasiya prosesi, işçilərin onları maraqlandıran HR məsələləri ilə bağlı şəxsi müraciətlərini yaratmaq və HR menecerləri üçün həmin sorğu və müraciətlərə cavabların rahatlıqla verilməsi imkanları mövcuddur. Bu proses, işçilərin HR menecerlərlə birbaşa ünsiyyət qurmaq üçün ayrıca vaxt aparan mesajlaşmaya ehtiyac qalmır, əvəzində işçi sorğuları və müraciətlərin sistemli və effektiv olan idarəetmə paneli vasitəsilə həyata keçirilir. İşçilər HR ilə əlaqədar hər hansı bir məsələ üzrə, məsələn sənədlərin hazırlanması, məzuniyyət, arayış, icazə, ezamiyyət və digər iş prosedurları ilə bağlı suallar və müraciət üçün, Sistemdə müvafiq müraciət formalarını dolduraraq yarada bilir. Bu müraciətlər müəyyən kateqoriyalar altında hazırlanır ki, bu da HR menecerlərə bütün müvafiq müraciətləri asanlıqla idarə etməyə və sürətli şəkildə cavablandırmağa imkan verir. İşçilər, yaratdıqları müraciətlərin statusunu və cavabını Sistemdən izləyə bilirlər. HR tərəfindən hazırlanan və təsdiqlənən sənədlər, işçilərin Sistemdəki şəxsi kabinetində mövcud olur və işçilər bu sənədləri istənilən vaxt Sistemdən yükləyə bilər. Bu proses, işçilərin HR ilə olan əlaqələrini sadə və effektiv bir şəkildə idarə etmələrini təmin edir, eyni zamanda HR menecerlərinin iş yükünü azaltmağa kömək edir. İşçilər üçün lazımi məlumat və sənədlərə asan çıxış imkanı verən bu Sistem, işçi məmnuniyyətini və operativliyi artırır.

İşçi hansı şəxsi məlumatlarını sistemdə görə bilər?

7HRM Sistemi, işçilərə öz şəxsi məlumatlarına geniş və rahat çıxış imkanı təqdim edir, bu da onlara öz karyera inkişafını, fəaliyyətlərini və şəxsi məlumatlarını daha yaxından izləmək və idarə etmək imkanı verir. Şəxsi məlumatlara rahat çıxış eyni zamanda HR proseslərinin effektivliyinidə artırır. İşçilərin Sistemdə görə biləcəyi əsas şəxsi məlumatlar aşağıdakı kimi təsnif edilir:

Şəxsi Profil Məlumatları: İşçilər öz şəxsi profilində görə biləcəyi məlumatlar arasında tam adı, doğum tarixi, cinsi, milliyyəti, vətəndaşlıq məlumatı, mükafat və inzibati tənbeh tədbirləri və s. daxildir. İşçilər işə qəbul tarixlərini, əsas müqavilə məlumatlarını, əvvəlki və cari iş stajlarını da Sistemdə rahat görə bilərlər.

Əlaqə Detalları: İşçilərin əlaqə məlumatları, o cümlədən ünvan, telefon nömrəsi, e-poçt ünvanı və təcili əlaqə üçün məlumatlar Sistemin şəxsi profil bölməsində mövcuddur.

Təhsil və İxtisas Məlumatları: İşçilərin təhsil dərəcələri, ixtisasları, aldıqları sertifikatlar və kurslar haqqında məlumatlar da Sistemdə yer alır. Bu məlumatlar işçinin peşəkar inkişafına aid detalları əks etdirir.

Əmək Haqqı və Maliyyə Detalları: İşçilər öz əmək haqqı cədvəllərini, bonuslarını, sığorta ödənişlərini, əlavə iş saatlarını və müvafiq vergi və sosial ödənişlərini sistemdə görə bilərlər. Bu məlumatlar maliyyə şəffaflığını təmin edir.

Məzuniyyət və Xəstəlik Məlumatları: Sistem, işçilərin ay və il ərzində məzuniyyət günlərini və qalıqlarını, xəstəliklə bağlı işdə olmayan günlərini qeyd edir. İşçilər bu məlumatlara çıxış edərək məlumatlarını izləyə bilər.

Bizimlə əlaqə

Əlaqə vasitələri