İnsan resurslarının idarə edilməsi və HR bilikləri — bir məkanda
7HRM HUB — 7HRM idarəetmə sistemi və onun imkanları ilə tanış olmaq, eyni zamanda HR sahəsində çalışan və bu sahəyə maraq göstərən hər kəs üçün faydalı biliklərə, praktik alətlərə və resurslara asan çıxış əldə etmək üçün vahid platformadır.
HR və əmək haqqı proseslərinin idarə edilməsi zamanı hansı risklər yaranır?
100+ işçisi olan şirkətlərdə HR və əmək haqqı proseslərinin Excel, Word, e-poçt və dağınıq sənədlərlə idarə olunması artıq ciddi əməliyyat riski yaradır.
HR sənədlərinin əl ilə hazırlanması
Əmr, ərizə, arayış və digər kadr sənədlərinin əl ilə hazırlanması HR komandasının vaxtını alır və səhv riskini artırır.
Ərizə

Arayış

Əmr

Əmək haqqı riskləri
Əmək haqqı, əlavələr, tutulmalar, vergi və sosial ödənişlərin əllə hesablanması maliyyə və uyğunluq risklərinə səbəb olur.
Əlavə vergi tutulması
Əmək haqqı gecikməsi
Maliyyə problemi
Dağınıq işçi məlumatları
İşçi məlumatları fərqli fayllarda və sistemlərdə saxlanıldıqda məlumatlara nəzarət çətinləşir.
Rəhbərlik real mənzərəni görmür
HR hesabatları gec hazırlanırsa, rəhbərlik real vəziyyəti vaxtında görə bilmir.
7HRM sistemi HR və əmək haqqı proseslərini vahid platformada birləşdirir
7HRM sistemi şirkətlərə kadr uçotu, əmək haqqı, məzuniyyət, davamiyyət, sənədlər, işçi kabineti, işə qəbul və HR hesabatlarını vahid platformada idarə etməyə imkan verir.
HR komandası üçün
- Əl ilə görülən işlərin azalması
- Kadr sənədlərinin sistemləşdirilməsi
- Məzuniyyət və müraciətlərin rahat idarə olunması
- İşçi məlumatlarına sürətli çıxış
CFO və maliyyə komandası üçün
- Əmək haqqı prosesində daha çox nəzarət
- Hesablamaların strukturlaşdırılması
- Vergi və sosial ödənişlər üzrə risklərin azaldılması
- Audit və hesabatlıq üçün daha sistemli məlumat
CEO / COO üçün
- HR prosesləri üzrə şəffaflıq
- Struktur və işçi sayı üzrə real mənzərə
- İnsan faktorundan asılılığın azalması
- Qərarvermə üçün daha rahat hesabatlıq
Tez-tez istifadə olunan əməliyyatlar
HR komandasının hər gün gördüyü işlərdən birini seçin — hansı modulda aparıldığını görün və platformada əvvəldən sonadək necə icra olunduğunu izləyin.
İşçi sorğunu kabinetindən göndərir, rəhbər və HR təsdiqləyir; məzuniyyət əmri avtomatik hazırlanır.
Bayram günü işləyən işçi əvəzgün sorğusu yaradır; təsdiq zənciri bitdikdə istirahət günü əmri hazır olur.
Tarix, şəhər və məqsəd daxil edilir, təsdiq onlayn keçir; ezamiyyət əmri bir kliklə yüklənir.
Ad günü və ya şəxsi icazə sorğusu rəhbərə, sonra HR-a gedir; icazə təsdiqlənir və tabelə avtomatik düşür.
HR mütəxəssisləri üçün pulsuz alətlər və faydalı resurslar
HR sənədləri, əmək haqqı hesablamaları, qanunvericilik yenilikləri, şablonlar, yoxlama siyahıları və praktiki HR materiallarını bir yerdə tapın.
7HRM Hub insan resurslarının idarə edilməsi üçün bilik, alət və resursları bir məkanda toplayan portaldır. Burada pulsuz HR kalkulyatorları, sənəd şablonları, qanunvericilik aktları, xəbər və bloq yazıları, həmçinin 7HRM sistemi barədə məlumatlar yer alır. Portalı Septem Tech komandası hazırlayır.
Bəli. Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş vaxtı və işdən azadolma kalkulyatorları, iş günləri təqvimi, sənəd şablonları, eləcə də ərizə, əmr və müqavilə nümunələri pulsuz təqdim olunur. 7HRM sisteminin istifadəsi isə ayrıca xidmət müqaviləsi ilə tənzimlənir.
Xeyr. Kalkulyatorlar Əmək Məcəlləsi və Vergi Məcəlləsinin qüvvədə olan qaydalarına əsasən təxmini nəticə verir və məlumat xarakteri daşıyır. Rəsmi ödənişlər və sənədlər üçün nəticəni mühasibinizlə və ya müvafiq dövlət orqanı ilə dəqiqləşdirin.
Şablonlar ərizə, əmr və arayış kimi kadr sənədlərini sıfırdan yazmadan hazırlamağa imkan verir. Qısa formanı doldurursunuz, sənəd canlı önizləmədə formalaşır və hazır faylı Word (.docx) formatında yükləyirsiniz.
7HRM Azərbaycan şirkətləri üçün HR və əmək haqqı sistemidir: kadr uçotu, sənədlər, iş vaxtı, əmək haqqı və hesabatlar qüvvədə olan əmək və vergi qanunvericiliyinə uyğun bir sistemdə aparılır. HR komandası əl ilə görülən işləri azaldır, maliyyə komandası əmək haqqı prosesinə daha çox nəzarət edir, rəhbərlik isə işçi sayı və HR prosesləri üzrə real mənzərəni görür. Sistem modul tiplidir: lazım olan modullarla başlayıb sonradan yenilərini əlavə etmək olar.
Seçim sizindir: 7HRM-i öz infrastrukturunuzda quraşdıra bilərsiniz, bu zaman məlumatlarınız tamamilə sizin mühitinizdə qalır; ya da sistemi bulud həlli kimi bizim serverlərimizdə yerləşdiririk. Hər istifadəçiyə fərdi istifadəçi adı və şifrə verilir, məlumat bazaları fiziki və kiber təhdidlərə qarşı qorunan serverlərdə saxlanılır.
Paketlər üçün sabit qiymət göstərilmir: yekun qiymət seçilən modullar, işçi sayı, hüquqi şəxslər, inteqrasiya və tətbiq həcmi əsasında hesablanır. Əsas model seçilən modullar üzrə müddətsiz istifadə hüququ verən lisenziyadır; tətbiq və aylıq xidmət ayrıca qiymətləndirilir. Qiymətlər səhifəsində paket seçib fərdi təklif istəyə bilərsiniz.
Demo 30–45 dəqiqəlik onlayn görüşdür. Formada şirkətiniz, maraqlandığınız paket və modullar barədə bir neçə məlumat qeyd edirsiniz, biz də görüşdə 7HRM sisteminin şirkətinizin HR və əmək haqqı proseslərinə necə uyğunlaşdığını göstəririk.
Təklif və iradlarınızı bildirin
7HRM-i sizin rəylərinizlə inkişaf etdiririk. Çatışmayan funksiya, yeni alət ideyası və ya qarşılaşdığınız problem barədə yazın — hər müraciəti komandamız nəzərə alır. Həmçinin bu sahədə əməkdaşlığa açığıq.