7HRM Hub nədir?

7HRM Hub insan resurslarının idarə edilməsi üçün biliklərin, pulsuz alətlərin və resursların bir məkanda toplandığı portaldır. Burada pulsuz HR kalkulyatorları, sənəd şablonları, qanunvericilik aktları, xəbər və bloq yazıları, həmçinin 7HRM sistemi barədə məlumatlar yer alır.

Portalı yerli əmək və vergi qanunvericiliyinə, Azərbaycan şirkətlərinin real iş proseslərinə və istifadəçilərimizin rəylərinə əsaslanaraq inkişaf etdiririk. Məqsədimiz HR komandaları, maliyyə şöbələri və rəhbərlik üçün gündəlik işi sadə, dəqiq və şəffaf etməkdir. 7HRM Hub-ın əsas məhsulu olan 7HRM sistemi isə şirkətlər üçün insan resurslarının idarəedilməsi sistemidir.

HR mütəxəssisləri görüşdə

Məqsədimiz: HR idarəetməsini sadələşdirmək, peşəkar bilikləri hər kəs üçün əlçatan etmək

7HRM platformasını iki məqsədlə inkişaf etdiririk: Azərbaycan şirkətlərinin HR və əmək haqqı proseslərini rəqəmsallaşdırmaq və HR mütəxəssislərinin gündəlik işində istifadə edə biləcəyi etibarlı bilik, sənəd və alətləri bir məkanda toplamaq.

Məqsədimiz HR proseslərini daha səmərəli, şəffaf və qanunvericiliyə uyğun idarə etməyə kömək etməkdir.

01Prosesləri rəqəmsallaşdırmaqAzərbaycan şirkətlərinin HR və əmək haqqı prosesləri
  • Kadr uçotu və HR bazası
  • Əmək haqqı və ödənişlər
  • İş vaxtı və davamiyyət
  • Kadr əməliyyatları və təsdiqlər
02Bilikləri bir məkanda toplamaqHR mütəxəssisləri üçün etibarlı bilik, sənəd və alətlər
  • Kalkulyatorlar
  • Sənəd şablonları
  • Qanunvericilik
  • Bloq və xəbərlər
HR prosesləri
  • Səmərəli
  • Şəffaf
  • Qanunvericiliyə uyğun

Missiyamız nədir?

Hər Azərbaycan şirkətinə insan resurslarını səhvsiz, qanunvericiliyə uyğun və daha az vaxt sərf edərək idarə etmək imkanı vermək.

Əl ilə görülən işi azaltmaq

HR komandasının vaxtını sənəd hazırlamağa və hesablamaları yoxlamağa deyil, insanlarla işləməyə yönəltmək.

Qanunvericiliyə uyğunluq

Əmək və vergi qanunvericiliyindəki dəyişiklikləri sistemdə vaxtında əks etdirərək şirkətləri cərimə və səhv risklərindən qorumaq.

Şəffaf idarəetmə

Rəhbərliyə işçi sayı, əmək haqqı fondu və HR prosesləri üzrə real vaxtda dəqiq və əlçatan məlumat vermək.

Bu platformanın arxasında kim dayanır?

7HRM-i Septem Tech hazırlayır və inkişaf etdirir. Septem Tech şirkət və təşkilatlar üçün ERP, HRM, elektron sənəd dövriyyəsi sistemləri, mobil tətbiqlər, süni intellekt həlləri və xüsusi proqram təminatı hazırlayan texnologiya şirkətidir.

Proqram təminatı sahəsində 10 ildən artıq təcrübəsi olan komanda biznes analizindən dizayn, inkişaf və texniki dəstəyə qədər bütün mərhələləri öz üzərinə götürür. 7HRM sistemi bu təcrübənin HR sahəsinə yönəlmiş məhsuludur.

Septem Tech haqqında ətraflı
Septem Tech komandası

Fikirləriniz bizim üçün dəyərlidir

7HRM platforması, təqdim etdiyimiz alətlər və xidmətlər, eləcə də SEPTEM komandası ilə əməkdaşlıq təcrübəniz barədə təklif və iradlarınızı bizimlə bölüşün.

Təklif və iradlarınız

Fikrinizi qısa yazın. Cavab almaq istəyirsinizsə, e-poçtunuzu da qeyd edin.

Göndərməklə məlumatlarınızın emalına razılıq verirsiniz.