İşçi məlumatları
Əlaqə məlumatları, sertifikatlar və digər sənədlər işçinin kartında vahid yerdə toplanır və istənilən vaxt əlçatan olur.
Geniş funksionallığa, yüksək təhlükəsizliyə, işçi kabinetinə və mobil tətbiqə malik 7HRM sistemi mövcud qanunvericiliyin tələblərinə tam cavab verir. Sistemin modulları əmək haqlarının avtomatik hesablanması, işçi məlumatlarının vahid bazada saxlanması, müxtəlif dövlət qurumlarına hesabatların hazırlanması və bütün kadr inzibatçılığı əməliyyatlarının rahatlıqla aparılmasını təmin edir.

7HRM-in məqsədi HR proseslərini səmərəli, sürətli və təhlükəsiz idarə etmək, əmək haqqını qanunvericiliyə uyğun qaydalarla avtomatik hesablamaq, inzibati işlərə sərf olunan vaxta və xərclərə qənaət etməkdir.
Sistem əmək və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Qanunvericilikdəki dəyişikliklər mütəmadi izlənilir və sistemə vaxtında tətbiq olunur.
Hər istifadəçinin fərdi girişi var, sistem daim yoxlanılır. Məlumatlar fiziki və kiber təhdidlərə qarşı qorunan təhlükəsiz serverlərdə saxlanılır.
7HRM digər sistemlərlə inteqrasiya olunur, mövcud məlumatlarınız isə itkisiz və tam şəkildə sistemə köçürülür.
Bütün tabe təşkilatlar vahid sistemdə idarə olunur. Modul strukturu sayəsində sistemi mərhələlərlə tətbiq edib, ehtiyac yarandıqca yeni modullar qoşa bilərsiniz.
Sistemin tətbiqindən əvvəl və sonra aparılmış ölçmələr göstərir: HR prosesləri avtomatlaşdırıldıqda əməliyyat yükü azalır, qərarlar daha sürətli verilir və nəticələr ölçülə bilən olur.
Bütün rəqəmlər 7HRM sistemindən istifadə edən şirkətlərdə sistemin tətbiqindən əvvəl və sonra aparılmış real ölçmələrə, sınaqlara və sistemin istifadə məlumatlarına əsaslanır. Nəticələr şirkətin ölçüsündən və proseslərindən asılı olaraq fərqlənə bilər.
Modulu seçin — orada hansı əməliyyatları apara biləcəyinizi və hər birinin sistemdə necə addım-addım icra olunduğunu görün.
İşçi məlumatları, təşkilati struktur, ştat cədvəli, əmək müqavilələri və kadr tarixçəsi vahid bazada idarə olunur.
Əlaqə məlumatları, sertifikatlar və digər sənədlər işçinin kartında vahid yerdə toplanır və istənilən vaxt əlçatan olur.
Departament və şöbələr iyerarxiya ilə qurulur, işçilər öz struktur vahidinə bağlanır.
Ştat vahidləri, dolu və boş vəzifələr bir cədvəldə izlənir, dəyişikliklər tarixçə ilə saxlanılır.
Rəqəmsal idarəetmə aləti kimi 7HRM sistemi təşkilata, rəhbərlərə, HR mütəxəssislərinə və bütün işçilərə əhəmiyyətli faydalar qazandırır.
7HRM istifadə edən şirkətlərin real təcrübələri və əldə etdikləri nəticələr.
“7HRM” - HR idarəetməsini rəqəmsallaşdırmaq istəyənlər üçün mükəmməl və praktik bir seçimdir. Sistemin keyfiyyətindən və “Septem” komandası ilə işbirliyindən çox məmnunuq və şirkətlə əməkdaşlığı tövsiyə edirik.

Ülvi Aslanov
“Code Academy” MMC-nin direktoru
Komanda bütün tələb və məqsədləri yüksək peşəkarlıqla yerinə yetirmişdir.

Rüfət Məmmədov
“Hesabat” MMC direktoru
Komanda ilə əməkdaşlıqdan məmnunuq və HR effektivliyini artırmaq istəyənlərə tövsiyə edirik!
Ayla Heybətova
AZCHEMCO, HR şöbə rəhbəri
Sualınızın cavabını tapmadınız? Dəstək komandamıza yazın
7HRM istənilən təşkilatın HR menecerləri üçün insan resursları ilə bağlı bütün prosesləri tam şəkildə əhatə edən, qüvvədə olan əmək və vergi qanunvericiliyinin tələblərinə uyğun və yüksək təhlükəsizlik standartları ilə təchiz edilmiş insan resursları idarəetmə sistemidir. 7HRM, inteqrasiya olunmuş məlumat bazası ilə mürəkkəb məlumatları idarə etməyə imkan verir və həmçinin real vaxt rejimində hesabatlar təqdim edir. Digər sistemlərdən fərqli olaraq, 7HRM sistemi istifadəsi rahat interfeysə malikdir və müxtəlif modulları istifadəçinin tələblərinə uyğunlaşdırmaq mümkündür. Əlavə olaraq, sistemdə işçilərin sığortalarının idarə edilməsi, işə qəbulun tamamilə avtomatlaşdırılması, işçilər üçün ayrıca işçi kabineti, sistemin mobil versiyası, işçilərin öz əmək haqqı məlumatlarını asanlıqla görə bilmələri və tələbnamələrin birbaşa sistemdən göndərilməsi kimi funksiyalar da yer alır.
7HRM sistemi məlumatların məxfiliyi və təhlükəsizliyini təmin etmək üçün ən son texnologiyalardan və məlumat mühafizə protokollarından istifadə edir. Hər bir istifadəçi üçün fərdi istifadəçi adı və şifrə verilir. Bundan əlavə, sistem daimi olaraq yoxlanılır və hər hansı təhlükəsizlik boşluğu aşkar edildikdə dərhal düzəldilir. Məlumat bazaları təhlükəsiz serverlərdə yerləşdirilir və nəzarət edilən mühitdə saxlanılır. Bu serverlər fiziki və kiber təhdidlərə qarşı müdafiə tədbirləri ilə təmin edilmişdir.
Müştəri dəstəyi və texniki yardım bizim əsas prioritetlərimizdən biridir. Peşəkar dəstək komandamız telefon, e-poçt və digər əlaqə vasitələri ilə sistemdəki hər hansı texniki məsələ ilə bağlı müraciətə əsasən dərhal kömək etməyə hazırdır. Həmçinin, saytımızda geniş «Tez-tez verilən suallar» bölməsi mövcuddur ki, burada istifadəçilər ən çox rast gəlinən sualların cavablarını tapa bilər.
7HRM sisteminə yenilənmələr və yeni inteqrasiyalar mütəmadi olaraq əlavə edilir. Texniki komandamız istifadəçilərdən alınan rəy və təkliflərə əsaslanaraq sistemə yeniliklər, əlavələr, düzəlişlər, yeni funksiyalar və təkmilləşdirmələr tətbiq edir. Yeniliklər əlavə edilməzdən əvvəl geniş sınaqlardan keçirilir və istifadəçilərin işinə minimum narahatlıq yaradacaq şəkildə tətbiq olunur.
Bəli. 7HRM sisteminin modul tipli strukturu müxtəlif ölçülü şirkətlərin spesifik ehtiyaclarını nəzərə almağa imkan verir. Müştərilər lazım olan funksiyaları öz ehtiyaclarına uyğun seçərək sistemi mərhələlərlə tətbiq edə bilər: başlanğıcda əsas funksiyalarla işə başlayıb, zamanla iş proseslərinin inkişafına uyğun olaraq əlavə modullar qoşa bilərlər. Bu yanaşma maliyyə effektivliyini artırır, işlərin idarə olunmasını, tətbiq və təlim proseslərini sadələşdirir.
7HRM sistemi Azərbaycan Respublikası qanunvericiliyinə edilən bütün dəyişiklik tələblərinə uyğun olaraq daim yenilənir. Qanunvericilikdəki dəyişikliklər mütəmadi olaraq izlənilir və sistemə çevik inteqrasiyası təmin edilir. Yeni tələblər sistemə daxil edildikdə müştərilərə dərhal məlumat verilir və lazım gələrsə, əlavə dəstək təklif edilir. Bu, şirkətlərin qanunvericiliyə tam uyğun işləməsini və hüquqi riskləri minimuma endirməsini təmin edir.
30–45 dəqiqəlik demo görüşündə 7HRM sisteminin şirkətinizin strukturuna necə uyğunlaşdığını göstərək.
Demo sifariş edin