Bütün HR prosesləri vahid platformada
Kadr uçotundan əmək haqqına, işə qəbuldan rəhbərlik panellərinə qədər 12 modul. Lazım olanı seçin, şirkətiniz böyüdükcə yenilərini əlavə edin.
Ehtiyacınıza uyğun modulu tapın
İstiqaməti seçin — hər modul ayrıca işləyir və eyni məlumat bazasına qoşulur.
Kadr uçotu və HR bazası
İşçi məlumatları, təşkilati struktur, ştat cədvəli, əmək müqavilələri və kadr tarixçəsi vahid bazada idarə olunur.
İstiqamətKadr inzibatçılığıKadr əməliyyatları və təsdiqlər
İşə qəbul, köçürmə, ezamiyyət, məzuniyyət və işdən azadetmə əmrləri şablonlardan avtomatik hazırlanır, onlayn təsdiqlənir və elektron arxivdə saxlanılır.
İstiqamətKadr inzibatçılığıİş vaxtı və davamiyyət
Tabel, iş qrafikləri, növbələr və icazələr avtomatik hesablanır.
İstiqamətƏmək haqqı, vaxt və məcburi hesabatlarƏmək haqqı və ödənişlər
Əmək haqqı, tutulmalar və bonuslar qanunvericiliyə uyğun avtomatik hesablanır; bank faylları və maaş vərəqləri sistemdə hazırlanır.
İstiqamətƏmək haqqı, vaxt və məcburi hesabatlarMəcburi (qanunvericilik) hesabatları
Dövlət qurumlarına təqdim olunan hesabatlar sistem məlumatları əsasında avtomatik hazırlanır və təsdiq axını ilə yoxlanılır.
İstiqamətƏmək haqqı, vaxt və məcburi hesabatlarİşə qəbul və namizəd izləmə sistemi
Vakansiyaların dərci, namizəd (CV) bazası, müsahibələr, qiymətləndirmə və iş təklifi bir sistemdə.
İstiqamətİşə qəbul və inkişafAdaptasiya və işdən çıxış
Yeni əməkdaşın adaptasiyası və ayrılan əməkdaşın təhvil-təslimi: sorğu siyahıları, məsul şəxslər və tarixlər nəzarətdə.
İstiqamətİşə qəbul və inkişafPerformans və KPI
Məqsədlər, KPI-lar və performans qiymətləndirməsi bir sistemdə, nəticələr şəffaf görünür.
İstiqamətİşə qəbul və inkişafTəlim və inkişaf
Təlim planları, təlim tarixçəsi, sertifikatlar və fərdi inkişaf planları.
İstiqamətİşə qəbul və inkişafƏməkdaş portalı və HR xidmətləri
İşçi və rəhbər kabineti: müraciətlər, təsdiqlər və arayışlar veb, mobil tətbiq və Telegram bot üzərindən.
İstiqamətƏməkdaş təcrübəsiAnalitika və rəhbərlik panelləri
HR direktoru, CFO və CEO üçün kadr sayı, kadr axını, işə qəbul və xərc göstəriciləri cari məlumatla.
İstiqamətİdarəetməHR büdcəsi və planlama
Əmək haqqı fondu və ştat planlaması: təsdiq zənciri, qənaət izləmə və plan-fakt nəzarəti ilə.
İstiqamətİdarəetmə
Müstəqil işləyir, birlikdə daha güclüdür
7HRM modulları həm ayrıca, həm də vahid məlumat bazasında bir-biri ilə inteqrasiyalı işləyir. İşçi məlumatı bir dəfə daxil edilir və bütün modullarda — əmrlərdə, tabeldə, əmək haqqında, hesabatlarda — avtomatik istifadə olunur.
Sistemi hissə-hissə qurun
Bütün modulları eyni vaxtda tətbiq etmək vacib deyil. Ən vacib proseslərdən başlayırıq, sonra komandanızın tempi ilə böyüyürük.
- Kadr uçotu və HR bazası
- İş vaxtı və davamiyyət
- Əmək haqqı və ödənişlər
Tez-tez verilən suallar
Sualınızın cavabını tapmadınız? Dəstək komandamıza yazın
Bəli. Hər modul müstəqil işləyir — yalnız ehtiyacınız olanları seçə bilərsiniz. Bir neçə modul birlikdə istifadə olunduqda isə eyni məlumat bazasından işləyir və məlumat təkrar daxil edilmir.
Xeyr. Yeni modul mövcud məlumat bazasına qoşulur və artıq daxil edilmiş işçi, struktur və müqavilə məlumatlarından avtomatik istifadə edir.
İşçi məlumatları Excel və digər fayllardan import olunur. Komandamız sütunları sistemdəki sahələrlə uyğunlaşdırır və köçürmənin itkisiz keçdiyini yoxlayır.
Əmək və vergi qanunvericiliyindəki dəyişikliklər izlənilir və sistemə vaxtında tətbiq olunur. Dəyişiklik bir dəfə tətbiq edilir və aid olduğu bütün modullarda qüvvəyə minir.
Hansı modullardan başlayacağınızı birlikdə müəyyən edək
30–45 dəqiqəlik demo görüşündə seçdiyiniz modulların şirkətinizin proseslərində necə işlədiyini göstərək.