Əməkdaş portalı və HR xidmətləri

İşçi kabineti, mobil tətbiq və Telegram bot — HR hər işçinin cibində. Müraciətlər, təsdiqlər və arayışlar onlayn həll olunur.

Salam,Aysel Məmmədova
Məzuniyyət qalığı14 günSon maaş1 535 ₼
İş yerindən arayış

Tanış vəziyyətdir?

Təkrarlanan suallar HR-ın vaxtının böyük hissəsini aparır. 7HRM-də işçi bu məlumatı kabinetindən, telefonundan və ya Telegram-dan özü alır.

Əlində smartfon tutan işçi

Problem

İşçilər arayış, məzuniyyət qalığı və ya əmək haqqı detalları üçün HR-a zəng edir, e-poçt yazır. HR günün böyük hissəsini təkrarlanan suallara cavab verməyə sərf edir.

7HRM ilə

İşçi kabineti, mobil tətbiq və Telegram bot — HR hər işçinin cibində. Müraciətlər, təsdiqlər və arayışlar onlayn həll olunur.

Modulun əsas imkanları

İşçinin HR ilə bağlı ehtiyac duyduğu hər şey — kabinetdə, telefonda və Telegram-da. Şəxsi məlumatlar, maaş vərəqi, müraciətlər və rəhbər təsdiqləri bir yerdə.

İşçi kabineti

Şəxsi məlumatlar, müqavilə, vəzifə dəyişiklikləri və sənədlər bir yerdə. Təsdiqlənmiş sənədlər kabinetdə yüklənməyə hazır olur.

Əmək haqqı və məzuniyyət

Maaş vərəqi, əmək haqqı tarixçəsi və məzuniyyət qalığı. İşçi əmək haqqının necə hesablandığını özü görür.

Müraciətlər

Məzuniyyət, ezamiyyət, icazə, arayış, işə çıxmama və digər müraciətlər kabinetdən göndərilir, hər birinin statusu izlənir.

Rəhbər təsdiqləri

Rəhbər komandasının müraciətlərini bir yerdən təsdiqləyir. Təsdiqləyən işçinin struktur vahidinə görə avtomatik müəyyən olunur.

Mobil tətbiq

Bütün imkanlar telefonda: müraciət göndərmək, statusu izləmək, rəhbər üçün isə təsdiq vermək istənilən yerdən mümkündür.

Telegram bot

Tez-tez lazım olan məlumat və müraciətlər Telegram vasitəsilə.

Hər rol öz faydasını görür

İşçi özünə xidmət edir, HR və rəhbər isə vaxta qənaət edir. Rəhbər komandasının müraciətlərini bir siyahıdan, telefondan da təsdiqləyə bilir.

HR mütəxəssisi üçün

  • Təkrarlanan sualların azalması
  • Müraciətlərin bir axında toplanması
  • Arayışların avtomatik verilməsi

Rəhbər üçün

  • Təsdiqlərin gözlədilmədən verilməsi
  • Komanda müraciətlərinin bir yerdə görünməsi
  • İstənilən yerdən mobil çıxış

İşçi üçün

  • Məlumat və sənədlərə HR-sız çıxış
  • Müraciət statusunun izlənməsi
  • Telefon və Telegram vasitəsilə rahatlıq

Üç addımda işə düşür

Müraciət bir neçə dəqiqəyə göndərilir, nəticə isə kabinetə özü gəlir. Müraciət təsdiq edən rəhbərə və HR-a avtomatik yönləndirilir.

Əməkdaş portalı və HR xidmətləriAddım 1 / 3
  1. Müraciət növü seçilirİcrada
  2. Məlumat daxil edilirGözləyir
  3. Nəticə kabinetə düşürGözləyir
Müraciət növü seçilirMəzuniyyət, ezamiyyət, icazə, arayış, işə çıxmama kimi müraciət növlərindən biri seçilir.
  • İşçi kabinetiŞəxsi məlumatlar, müqavilə, vəzifə dəyişiklikləri və sənədlər bir yerdə. Təsdiqlənmiş sənədlər kabinetdə yüklənməyə hazır olur.
  • Əmək haqqı və məzuniyyətMaaş vərəqi, əmək haqqı tarixçəsi və məzuniyyət qalığı. İşçi əmək haqqının necə hesablandığını özü görür.
33%

İşçi kabineti sənəd, davamiyyət və əmək haqqı modullarındakı məlumatı göstərir. Təsdiqlənmiş sənədlər, məzuniyyət qalığı və maaş vərəqi işçinin kabinetində görünür.

İşçilərinizə şəxsi kabinet verin

30–45 dəqiqəlik demo görüşündə modulu şirkətinizin nümunəsində göstərək.

Maraqlandığınız modullar (paketinizə daxil olacaq modulları seçin, istəyə bağlı)
Xidmət səviyyəsi
Yerləşdirmə (istəyə bağlı)
Mövcud sistemlərlə inteqrasiya lazımdır?

* işarəli sahələr mütləqdir. Telefon və ya e-poçtdan biri kifayətdir.