Kadr əməliyyatları və təsdiqlər

Əmr, ərizə və arayışlar avtomatik hazırlanır, təsdiq onlayn keçir, sənədlər arxivdə qorunur. Təsdiqdən sonra işçinin məlumatları avtomatik yenilənir.

Əmr № 124
Əmək haqqının dəyişdirilməsi haqqındaMəmmədova A. · 1 800 → 2 000 AZN · 01.11-dən
  1. HR mütəxəssisiHazırladı
  2. 2Şöbə rəhbəriGözləyir
  3. 3Baş direktorNövbədə

Tanış vəziyyətdir?

Əl ilə hazırlanan sənəd həm vaxt aparır, həm də səhv riskini artırır. 7HRM-də sənəd şablondan hazırlanır, təsdiq isə onlayn keçir.

Qovluqlar və kağız sənəd yığınları

Problem

Hər əmr və arayış şablondan əl ilə hazırlananda səhv riski artır. Təsdiq üçün sənəd şöbədən-şöbəyə gəzir, statusunu izləmək çətindir.

7HRM ilə

Əmr, ərizə və arayışlar avtomatik hazırlanır, təsdiq onlayn keçir, sənədlər arxivdə qorunur. Təsdiqdən sonra işçinin məlumatları avtomatik yenilənir.

Modulun əsas imkanları

Sənədin hazırlanmasından arxivə qədər bütün dövriyyə bir axında: 30-dan çox əmr növü, 20-dən çox ərizə növü, təsdiq zəncirləri və audit tarixçəsi.

Avtomatik əmrlər

İşə qəbul, əmək haqqı və vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət, mükafat, intizam tənbehi və işdən azadetmə daxil olmaqla 30-dan çox əmr növü qanunvericiliyə uyğun şablonlarla hazırlanır.

Ərizə və arayışlar

İşçi məzuniyyət, ezamiyyət, icazə, arayış və digər 20-dən çox ərizə növünü özü yaradır. İş yerindən arayışlar bir neçə kliklə hazırlanır.

Təsdiq axını

Hər sənəd növü üçün ayrıca təsdiq zənciri qurulur, ərizə əlavə təsdiqləyənlərdən ardıcıl keçə bilər. Təsdiqləyən işçinin struktur vahidinə görə avtomatik müəyyən olunur, status hər mərhələdə görünür.

Xəbərdarlıqlar

İcra müddəti yaxınlaşanda məsul şəxslərə avtomatik bildiriş göndərilir. İşçi və struktur dəyişdikcə təsdiqləyənlər də avtomatik yenilənir.

Elektron arxiv

Bütün kadr sənədləri təhlükəsiz saxlanılır və asan tapılır. Əmrlər şablon üzrə çap olunur, toplu halda ZIP faylı ilə yüklənir.

Fəaliyyət jurnalı

Sənədi kimin, nə vaxt yaratdığı, dəyişdiyi və baxdığı qeyd olunur. Dəyişikliklər audit tarixçəsində saxlanılır, silinmiş sənədlərə də baxmaq olar.

Hər rol öz faydasını görür

Sənəd dövriyyəsində iştirak edən hər kəs üçün daha az gözləmə, daha çox şəffaflıq. HR sənədi hazırlayır, rəhbər onlayn təsdiqləyir, işçi isə statusu kabinetindən izləyir.

HR mütəxəssisi üçün

  • Sənəd hazırlığına sərf olunan vaxtın azalması
  • Qanunvericiliyə uyğun hazır şablonlar
  • Təsdiq statusunun hər mərhələdə görünməsi

Rəhbər üçün

  • Təsdiqlərin istənilən yerdən verilməsi
  • Mobil tətbiqdən sürətli imza
  • Gözləyən sənədlərin bir siyahıda görünməsi

İşçi üçün

  • Müraciətin hansı mərhələdə olduğunu bilmək
  • Hazır sənədin kabinetdə əlçatan olması
  • Kağız ərizələrə ehtiyacın qalmaması

Üç addımda işə düşür

Əmr bir neçə dəqiqəyə hazırlanır, təsdiqdən sonra dəyişikliklər öz-özünə tətbiq olunur. Vəzifə, müqavilə və əmək haqqı məlumatları əmrdə qeyd olunan tarixdən avtomatik dəyişir.

Kadr əməliyyatları və təsdiqlərAddım 1 / 3
  1. Əməliyyat seçilirİcrada
  2. Məlumatlar daxil edilirGözləyir
  3. Təsdiq və icraGözləyir
Əməliyyat seçilir30-dan çox əmr növündən biri seçilir — məsələn, əmək haqqı və ya vəzifə dəyişikliyi əmri.
  • Avtomatik əmrlərİşə qəbul, əmək haqqı və vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət, mükafat, intizam tənbehi və işdən azadetmə daxil olmaqla 30-dan çox əmr növü qanunvericiliyə uyğun şablonlarla hazırlanır.
  • Ərizə və arayışlarİşçi məzuniyyət, ezamiyyət, icazə, arayış və digər 20-dən çox ərizə növünü özü yaradır. İş yerindən arayışlar bir neçə kliklə hazırlanır.
33%

Sənədlər kadr uçotu, işçi kabineti və hesabat modulları ilə eyni məlumatdan qidalanır. Təsdiqlənmiş əmr işçi kartını yeniləyir, hazır sənəd isə işçinin kabinetinə düşür.

Sənəd dövriyyənizi kağızsız edin

30–45 dəqiqəlik demo görüşündə modulu şirkətinizin nümunəsində göstərək.

Maraqlandığınız modullar (paketinizə daxil olacaq modulları seçin, istəyə bağlı)
Xidmət səviyyəsi
Yerləşdirmə (istəyə bağlı)
Mövcud sistemlərlə inteqrasiya lazımdır?

* işarəli sahələr mütləqdir. Telefon və ya e-poçtdan biri kifayətdir.