Problem
Gecikmələr, icazələr və məzuniyyətlər əl ilə qeyd olunanda tabeldə səhvlər yaranır. Bu səhvlər birbaşa əmək haqqına təsir edir.
Tabel, məzuniyyət və növbələr avtomatik hesablanır — əmək haqqına hazır məlumatla. Turniket, icazə və məzuniyyət qeydləri tabelə avtomatik düşür.
| İşçi | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | Gün |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Məmmədova A. | 8 | 8 | 8 | 8 | 8 | 8 | 8 | 8 | 8 | ||
| Həsənov R. | 8 | 8 | İ | 8 | 8 | 8 | 8 | 8 | 7 | ||
| Quliyeva N. | M | M | M | M | M | M | M | M | 0 | ||
| Əliyev T. | 8 | 8 | 8 | X | X | X | 8 | 8 | 5 | ||
| Kərimova L. | 8 | 8 | 8 | 8 | 8 | 8 | İ | 8 | 7 |
Tabeldəki kiçik səhv ay sonunda əmək haqqında böyük fərqə çevrilir. 7HRM-də tabel qeydlərdən avtomatik qurulur və əmək haqqına hazır məlumat verir.
Gecikmələr, icazələr və məzuniyyətlər əl ilə qeyd olunanda tabeldə səhvlər yaranır. Bu səhvlər birbaşa əmək haqqına təsir edir.
Tabel, məzuniyyət və növbələr avtomatik hesablanır — əmək haqqına hazır məlumatla. Turniket, icazə və məzuniyyət qeydləri tabelə avtomatik düşür.
İş vaxtı, məzuniyyət və növbələrin uçotu üçün lazım olan hər şey: avtomatik tabel, növbə qrafikləri, icazələr və turniket inteqrasiyası.
İşə gəlmə, çıxma, gecikmə və icazələr əsasında aylıq tabel hazırlanır. Tabel ay və departament və ya şöbə üzrə qurulur, Excel-ə yüklənir.
Bütün məzuniyyət növləri, qalıq günlər və məzuniyyət cədvəli. Məzuniyyət əmrləri tabelə avtomatik düşür, işçi qalığını kabinetində görür.
Sabit və dəyişkən növbələr, istirahət günləri və növbə əvəzləmə işçilər üzrə aylıq qurulur, iş vaxtı normaları nəzərə alınır.
Saatlıq və günlük icazələr, o cümlədən gecikmə və tez getmə icazələri qeyd olunur və təsdiqdən keçir.
Turniketdən gələn giriş-çıxış məlumatı avtomatik tabelə düşür. Qeydləri Excel-dən də yükləmək olar.
Şöbə və ya işçi üzrə aylıq davamiyyət görünüşü. İş vaxtı hesabatı Excel-ə ixrac olunur, buraxılmış iş günləri ayrıca izlənir.
Davamiyyət məlumatı hər rola lazım olan formada görünür. HR tabeli hazırlayır, rəhbər komandasının davamiyyətini izləyir, işçi isə məzuniyyət qalığını görür.
Qrafikdən təsdiqlənmiş tabelə qədər proses avtomatik axır. Ay sonunda HR yekun cədvəli yoxlayır və təsdiqləyir.
Təsdiqlənmiş tabel birbaşa əmək haqqı hesablamasına ötürülür. İşçilər müraciətlərini kabinetdən göndərir, məzuniyyət əmrləri isə sənəd axınında hazırlanır.
30–45 dəqiqəlik demo görüşündə modulu şirkətinizin nümunəsində göstərək.