Problem
Rəhbərlik HR göstəricilərini hesabat sorğusu ilə, gecikmə ilə alır. Məlumat müxtəlif fayllardan toplandığı üçün rəqəmlər bir-birinə uyğun gəlmir.
HR, CFO və CEO/COO üçün hazır panellər — qərar üçün lazım olan rəqəmlər bir ekranda.
Gecikən və uyğunsuz rəqəmlər əsasında qərar vermək risklidir. 7HRM-də göstəricilər sistemdəki cari məlumatla hazır panellərdə görünür.
Rəhbərlik HR göstəricilərini hesabat sorğusu ilə, gecikmə ilə alır. Məlumat müxtəlif fayllardan toplandığı üçün rəqəmlər bir-birinə uyğun gəlmir.
HR, CFO və CEO/COO üçün hazır panellər — qərar üçün lazım olan rəqəmlər bir ekranda.
Hər rəhbər rolu üçün hazırlanmış panellər və çevik hesabatlar. HR, CFO və CEO/COO panelləri, kadr dövriyyəsi, dinamik hesabatlar və Excel ixracı bir yerdə.
İşçi sayı, kadr dövriyyəsi, davamiyyət və məzuniyyət göstəriciləri. HR direktor panelində vakansiyalar, müddətlər və bildirişlər də bir ekranda görünür.
Təsdiqlənmiş hesablamalar əsasında əmək haqqı fondu, HR xərcləri və plan-fakt departament və filial üzrə göstərilir.
Heyət sayı, işə qəbul və çıxış, kuratorluq və filial üzrə kadr dövriyyəsi bir baxışda. Sətrə klikləyəndə departamentlərə keçid olur.
İşə qəbul və işdən çıxma dinamikası. Heyət statistikası yaş və təhsil üzrə bölgü ilə də görünür.
Sınaq müddəti bitən, güzəştli işçilər, vəzifə dəyişiklikləri və digər hesabatlar, Excel ixracı ilə.
Şirkət, şöbə və dövr üzrə seçim. Dinamik hesabatda nəticələr filial, kuratorluq və şöbə üzrə qruplanır.
Rəqəmlər onlara ehtiyacı olanlara hazır şəkildə çatır. HR hesabat hazırlamağa vaxt sərf etmir, rəhbər isə qərar üçün lazım olan rəqəmləri istənilən an görür.
Ümumi mənzərədən konkret işçiyə qədər üç addımda. Panel seçilir, filtr tətbiq olunur, istənilən göstəricidən işçi səviyyəsinə qədər detal açılır.
Panellər büdcə, əmək haqqı və işə qəbul modullarından məlumat alır. CFO paneli təsdiqlənmiş əmək haqqı hesablamalarına əsaslanır, büdcə bölgüsü qurulduqda isə büdcənin istifadəsi ay üzrə görünür.
30–45 dəqiqəlik demo görüşündə modulu şirkətinizin nümunəsində göstərək.